"Mən Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində doğulmuşam. İnsan doğulduğu, yaşadığı yerə bağlı olur. Elə gözləyirəm ki, o ərazilər minalardan təmizlənsin, gedim görüm kəndimiz nə yerdədir? İnanın Allaha ürəyim partlayır o yerləri görməkdən ötrü. Bilirəm ki, mənfur düşmən orada salamat yer qoymayıb, amma kəndimdən, evimdən nigaranam. İki mərtəbəli evim var idi, hər bir şəraitim orda gözəl idi. Demişdim ki, Ağdama sürünə-sürünə gedəcəm, amma insult vurub məni, ona görə də borclu qaldım. Bu çox böyük tarixdir, buna görə cənab prezidentimizə minnətdaram".
Oxuməni.az xəbər veruir ki, bu sözləri Xalq artisti, professor Arif Babayev deyib. "Şöhrət" ordenli sənətkar moderator.az-a açıqlamasında səhhətindən də söz açıb.
"Şükür Allaha, indi yaxşıyam. Yavaş-yavaş özümə gəlirəm. Çox sağ olsun, Mehriban xanım, ömür boyu biz ona minnətdarıq. Ayaq üstə bizi saxlayan onun və cənab prezidentimizin diqqətidir. Onlara təşəkkürümü bildirirəm. Sənətkarı diqqət, qayğı yaşadır. Onların hər ikisi fəxr edilməli insandır. Xüsusi risk qurupuna daxil olduğum üçün koronovirusdan özümü çox ciddi qoruyuram. Gücüm ona çatır ki, evdən çölə çıxmayım. Bu da bir bəladır, özümüzü gərək gözləyək də. Allah bu bəlanı tezliklə üzərimizdən sovuşdursun" - deyə xanəndə bildirib.
Oxuməni.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi








































.jpg)










