“Qarabağ xalça xəritəsi”

“Qarabağ xalça xəritəsi”

Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri var. Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu nəzərə alaraq, ikinci Qarabağ müharibəsi günlərində Azərbaycan Milli Xalça Muzeyi "Qarabağ xalça xəritəsi"ni hazırladı və izləyicilərinə təqdim etdi. Qeyd edək ki, bu xəritədə hər bir şəhərə, rayona aid xalça nümunələri ağ-qara rənglərdə təsvir olunmuşdu. Müqəddəs torpaqlarımız işğaldan azad olunduqca "Qarabağ xalça xəritəsi" də al-əlvan rənglərə boyandı.

Bu gün isə nəhayət ki, səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Artıq Azərbaycan Milli Xalça Muzeyi "Qarabağ xalça xəritəsi"ni tam rənglənmiş şəkildə sizə təqdim edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun qüdrəti sayəsində illərdir Qarabağ həsrəti çəkən insanlarımız öz yurdlarına qayıdacaqlar. Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar.

Murad Sahmemmedov

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az