AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir sıra elmi işçilərinin Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz arxeloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə mətbuatda dərc edilmiş müraciətinə Baş Prokurorluq tərəfindən baxılıb.
Oxuməni.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Ermənistan tərəfindən artıq işğaldan azad edilmiş ərazilərimizdə arxeloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması və digər epizodlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmaqla istintaq qrupu yaradılıb.
Cinayət işi üzrə müstəntiqlər tərəfindən hadisə yerlərinə baxış da daxil olmaqla zəruri istintaq hərəkətləri keçirilir, habelə digər dövlət qurumları ilə birlikdə dəymiş maddi, o cümlədən mütəxəssislər və ekspertlər cəlb edilməklə tarixi və arxeologiya baxımından dəymiş ziyanın müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Kütləvi informasiya vasitələrində dərc edilmiş müraciətdə qeyd edilmiş digər faktlara da diqqət yetirilməklə, cinayət işi üzrə aparılan istintaq zamanı həmin xüsusatların araşdırılması təmin ediləcəkdir.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Elmar
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























