Doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir

Doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir

Sentyabrın 27-dən başlayaraq Şanlı Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr ermənilərin yaratdıqları "məğlubedilməz ordu" mifini darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza sonsuz sevinc hissi bəxş etdi. Qarabağın azadlığı uğrunda ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, Qarabağın keçilməz dağlarında qanları ilə tarix yazdı. Torpaqlarımız doğma Azərbaycanına qovuşdu. Dədə-baba torpaqlarımız erməni vandallarının əsarətindən azad olundu.

Oxuməni.az xəbər verir ki, bu sözləri Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, professor Şəfiqə Məmmədova bildirib.

Xalq artisti daha sonra deyib: "Mən öz sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Qarabağ mənim ürəyimdədir. Belə bir tarixi gün yaşadığıma görə çox sevinirəm. Hələ qədim dövrlərdən bu torpaqlar mədəniyyətimizə, ədəbiyyatımıza böyük şəxsiyyətlər bəxş edib. Şuşanı Azərbaycanın konservatoriyası adlandırırdılar. Bu da səbəbsiz deyildi. Qızıl səsli xanəndələrin, söz-sənət sahiblərinin, musiqiçilərin vətəni sayılan Şuşa ruhumuzun daim can atdığı möhtəşəm bir ünvan idi. Şükürlər olsun ki, ən böyük arzumuz, gerçək oldu. Bizim üçün Azərbaycanın hər yeri Vətəndir, lakin doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir. Bu sevinc hisslərini bizə bəxş etdiyinə görə şanlı Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik".

Rüfət

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az