Xatirə Səfərova
Qara bəxtim
Kaş özüm bəxtimi seçə bilərdim,
Onda ən dərdsizi mənə düşərdi.
Ömrümdə bir dəfə Allah eşqinə,
Tale sınağından keçə bilərdim.
Üstümdə bir boya qutusu ilə,
Gəzərdim arxayın bəxtimdən yana.
Allah qara yazsa bu taleyimi,
Rənglərdim tək özüm, əlvan boyaya.
Heyf məndən, amma rəngli biriydim,
Əlvan dolanırdım, əlvan gəzirdim.
Taleyim qaraya bürünənədək,
Mən bütün rəngləri lap çox sevirdim.
Öləndə əhd edib mən, köçəcəyəm,
Qoymaram qəbrim də qara boyansın.
Məzarıma əlvan rəng çəkəcəyəm,
Günəş bərq vurduqca nura boyansın.
Qəm olacağam
Batıram, sənsizlik dənizində mən,
Dəli dalğalara yem olacağam.
Xilas edənim yox, öləcəyəm mən,
Kövrək ürəklərdə qəm olacağam.
Dənizdən qayıdıb,dönməyəcəyəm,
Məni üzən səni,görməyəcəyəm.
İtəcəm, yada da düşməyəcəyəm,
Asta oxunacam, bəm olacağam.
Xatirəm yadına düşsə,nə fayda,
Dənizin həmdəmi mənolacağam.
Ölən adamlarçün tək budur qayda,
Gözlərdən süzülüb nəm olacağam.
Yağış
İndi elə yağış yağır,
Göy üzünü parçalayir.
Buludların arasından,
Yerə düşür ağır-ağır.
İndi elə yağış yağır,
Cismimi də isladıbdı.
Göyün seli yerə axır,
Ruhumu da nəm alıbdı.
İndi elə yağış yağır,
Göyə salıb narın cığır.
Bu yerdə mən qalamıram,
Yağış, məni göyə çağır.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























