Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabr ayının 15-i saat 18:00-da "Öncə Vətəndir" adlı onlayn foto-plakat sərgisi təşkil olunacaq.
Onlayn plakat sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən ölkəmizin hərbi qüdrətinin, əsgərlərimizin yüksək döyüş ruhunun, qələbə əzmkarlığının təbliği işinə töhfə vermək, Azərbyacanın əzəli torpağı Dağlıq Qarabağ və sərhəd bölgələrinin erməni qəsbkarlarından müdafiə və azad edə biləcək potensialda hərbi qüdrətə malik olduğunu bütün dünya ictimaiyyətinə göstərmək məqsədi ilə həyata keçirilir.
Oxuməni.az-a Dövlət Rəsm Qalereyasından verilən xəbərə görə, hərbi vətənpərvərlik mövzusunda təşkil edilən sərginin ekspozisiyası Müdafiə Nazirliyinin aidiyyəti arxivinə məxsus artilleriya silahlarının, döyüş sursatlarının, hərbi təlimlərdən və paradlardan çəkilmiş fotoşəkillərdən, rəssam Zaur Kantemirov və Azərbyacan Dövlət Rəsm Qalereyasının əməkdaşı tərəfindən hazırlanan plakatlardan ibarət olacaq.
Sərgi vasitəsilə hər zaman sülh və diplomatik danışqların tərəfadarı olan Azərbaycan əzəli torpağı Dağlıq Qarabağ və sərhəd bölgələrinin qorunması istiqamətində siyasi, diplomatik hətta hərbi üsullardan da istifadə edərək qorumağa hazır olduğunu bir daha nümayiş etdirəcək.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.
Onlayn plakat sərgisini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (facebook, instagram) hesabları vasitəsilə izləmək mümkün olacaq.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























