"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən hər il olduğu kimi tarixi abidələrimizin qorunub saxlanması məqsədilə bərpa-restavrasiya planına əsasən aparılan işlər 2020-ci ildə də uğurla davam etdirilir.
Oxuməni.az-a İdarədən bildirilib ki, bu işlər çərçivəsində İçərişəhərdə XIV əsrə aid qədim "Multani" karvansarayında bərpa-konservasiya işlərinə başlanılıb.
Hazırda İçərişəhərdə dörd karvansara günümüzədək qorunub saxlanmışdır. Bunlar Kiçik karvansaray (və ya "Xan" karvansarası), İkimərtəbəli karvansaray, "Buxara" və "Multani" karvansaraylarıdır. Əsrlərboyu müxtəlif ölkələrdən gələn tacir və səyyahlar ayrı-ayrı karvansaraylarda qalırdılar. Bakının tarixi özəyi olan İçərişəhərdə qorunub saxlanmış "Multani" karvansarayı da bunlardan biridir.
XIV əsrə aid bu ölkə əhəmiyyətli abidə daha qədim bir tikilinin üzərində inşa edilib. Müasir günümüzə kimi qorunub saxlanan bu tarixi məkanın qədimiliyini, tarixi görünüşünü qoruyub saxlamaq məqsədilə həyata keçiriləcək bərpa-konservasiya işləri idarənin sifarişi ilə Avstriyanın tarixi abidələrin bərpası işi üzrə ixtisaslaşmış və son 10 il ərzində İçərişəhərdə bir çox mühüm abidələrdə (o cümlədən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Qala divarları, Yeraltı hamam və s.) uğurla ən müasir bərpa-konservasiya texnologiyalarının istifadəsi ilə irimiqyaslı işlər aparan "Atelier Erich Pummer" şirkətinin mütəxəssisləri tərəfindən aparılır.
Qeyd edək ki, "Multani" karvansarayında bərpa işlərinin 2022-ci ilin sonunda tamamlanması nəzərdə tutulur.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































