Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_1/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642
“Dünya İrsi: Post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları” adlı beynəlxalq onlayn konfrans keçirilib

“Dünya İrsi: Post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları” adlı beynəlxalq onlayn konfrans keçirilib

“Dünya İrsi: Post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları” adlı beynəlxalq onlayn konfrans keçirilib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQ) tərəfindən "Dünya İrsi: Post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları" adlı beynəlxalq onlayn konfrans keçirilib.

Oxuməni.az-a Qoruq İdarəsindən bildirilib ki, İçərişəhərin, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20-ci ildönümünə həsr olunan konfransın təşkilində əsas məqsəd xarici tərəfdaşlar və ekspertlərlə dünya irsi hesab olunan tarixi şəhərlərin pandemiya dövründə üzləşdikləri əsas çağırışları, post-pandemiya dövründəki inkişaf, plan və strategiyaları müzakirə etmək idi.

Konfransda Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, UNESCO Dünya İrs Mərkəzinin rəhbərliyi, Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ICCROM), Ümumdünya İrs Şəhərləri Təşkilatı (OWHC) və ona üzv olan şəhərlərin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və digər dövlət orqanlarının rəsmiləri iştirak ediblər.

İlk olaraq rəsmi açılış nitqi ilə çıxış edən "İçərişəhər" DTMQ İdarə Heyətinin sədri Əsgər Ələkbərov İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən keçən 20 il ərzində Qoruq ərazisində mədəni irsin mühafizəsi, bərpa, restavrasiya və konservasiyası istiqamətində görülən işlər haqqında məlumat verib. Sədr, son illər (pandemiya dövrü daxil olmaqla) Bakı Xanlarının Evi Kompleksi, Yeraltı hamam, habelə, digər abidələrdə aparılan bərpa, konservasiya və restavrasiya işləri, İdarənin pandemiya dövründə virtual, onlayn fəaliyyəti haqqında, post-pandemiya dövrü üçün əsas inkişaf istiqamətləri, xüsusilə də rəqəmsal texnologiyalardan daha da geniş istifadəsindən bəhs edən məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov ölkəmizdə mədəni irsin və tarixi abidələrin mühafizəsi istiqamətində görülən işlər haqqında danışıb.

Konfransda, həmçinin OWHC təşkilatının prezidenti və Krakov şəhərinin meri Jacek Majchrowskinin İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə videotəbrik mesajı səsləndirilib.

Sonda müxtəlif məruzələrlə çıxışlar dinlənilib, təcrübə mübadiləsi aparılıb.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: azerbaycanpolisi.az@gmail.com
2009-2026 © Azerbaycanpolisi.az