Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və "Artgift Azerbaijan"ın dəstəyi ilə sentyabrın 7-də saat 18:00-da Azərbaycan rəssamlarının onlayn satış sərgisi təşkil olunacaq.
Oxuməni.az-a Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.
Sərgidə Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan orta və gənc nəsil rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi və satışı nəzərdə tutulur.
Ekspozisiyada sənətkarların yaradıcılıq nümunələri, onların mənzərə, portret, natürmort, tarixi, məişət janrında müxtəlif üslublarda çəkdikləri əsərlər öz əksini tapacaq.
Azərbaycan rəssamlarının onlayn satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə təqdim ediləcək.
Həmid
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























