Avstraliyanın "Aurora" telekanalında Azərbaycan mədəniyyətinə və mətbəxinə həsr olunan xüsusi veriliş yayımlanıb.
Oxuməni.az xəbər verir ki, telekanalın baş prodüseri Elina Reddinin təqdim etdiyi verilişdə Melburn şəhərində yaşayan həmyerlimiz Xuraman Armstronqun Azərbaycan mədəniyyətinin Avstraliyada tanıdılması istiqamətində gördüyü işlərdən danışılıb, mətbəximizin onun tərəfindən hazırlanan ləziz nümunələri tamaşaçılara təqdim edilib.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərindən parçaların, "Qarabağ şikəstəsi" və "Sarı gəlin" xalq mahnılarının səsləndiyi yüksək peşəkarlıqla hazırlanmış verilişdə Azərbaycan mədəniyyətinin özünəməxsusu xüsusiyyətlərindən bəhs olunub, ölkəmizə səfər edən çoxsaylı əcnəbi qonaqların milli mətbəximizə heyran qaldığı xüsusi vurğulanıb.
Avstraliyalı tamaşaçılara Xəzər dənizi sahilində yerləşən Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, müasir və qədim tikililəri barədə də ətraflı məlumat verilib. Bütün dünyada həm də "Odlar yurdu" adı ilə tanınan Azərbaycanın müstəqilliyi bərpa etməsindən sonra qazandığı uğurlardan bəhs olunub.
Azərbaycanda evə gələn qonağa ilkin olaraq çay təklif edildiyini qeyd edən Xuraman xanım tamaşaçılara ölkəmizdə çay süfrəsinin təşkili, yüksək keyfiyyəti ilə seçilən Azərbaycan çayı, armudu stəkan və həmin süfrəni bəzəyən şirniyyatlar barədə də ətraflı məlumat verib. Çay süfrəsi arxasında davam edən söhbətdə qədim adət-ənənələrimizdən, atəşpərəstlik dini, "Novruz" bayramı, "Qarabağ kətəsi", Xuraman xanımın təsisçisi olduğu şirkət tərəfindən Avstraliyada istehsal edilən "Şuşanın sədaları" və "İpək yolu" kimi şokolad məhsulları barədə danışılıb. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları, Xurman xanımın babası Ələkbər Abdullayevin bir vaxtlar çalışdığı Şuşa şəhəri və Kəlbəcər rayonu barədə də tamaşaçılara ətraflı məlumat verilib.
Xuraman xanımın evində aparılan çəkilişlər zamanı ölkəmizin gözəl süfrə mədəniyyəti ilə seçildiyi, milli yeməklərin hazırlanması zamanı xüsusən təbii vasitələrə üstünlük verildiyi qeyd edilib.
Sonra verilişin prodüseri Elina Reddi ilə birlikdə milli mətbəximizin dovğa, yarpaq dolması, plov kimi nümunələrinin hazırlanması nümayiş olunub, bunun üçün lazım inqrediyentlər barədə ətraflı məlumat verilib. Azərbaycan plovunun toylarımızda xüsusi təmtəraqla təqdim olunduğunu əks etdirən video göstərilib.
Verilişdə iştirak edən Xuraman xanımın həyat yoldaşı Qrim Armstronq da Azərbaycanın qədim və zəngin mədəniyyətinə heyran olduğunu və bu ölkəni ürəkdən sevdiyini bildirib.
"Aurora" telekanalı tərəfindən yayımlana veriliş telekanalın "YouTube" və "Instagram" sosial şəbəkələrindəki səhifələrində də yerləşdirilib.
Oxuməni.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































