Hüseyn Cavidin "Şeyx Sənan" əsəri Özbəkistanın Buxara Vilayət Musiqili Dram və Komediya Teatrında özbək dilində tamaşaya qoyulacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Buxara vilayətinin rəhbərləri arasında razılıq əldə olunub.
Artıq Özbəkistanın Mədəniyyət Nazirliyi əsərin tamaşaya qoyulmasını təsdiq edib və tamaşa dövlət sifarişi ilə maliyyələşdiriləcək.
Qeyd edək ki, 100 ildən çoxdur Azərbaycan yazıçılarının əsərləri, xüsusilə "Arşın mal alan" Orta Asiyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və həmişə də anşlaqla qarşılanır. Hələ ötən əsrin əvvəllərində azərbaycanlı maarifçilər - Seyid Rza Əlizadə, Sidqi Ruhulla, rejissor Mirzə Həbib Axundzadə və digər mədəniyyət, teatr xadimləri Orta Asiyada azərbaycanlılardan ibarət teatr truppası yaradaraq yazarlarımızın əsərlərini Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm və Səmərqənd şəhərlərində teatrsevərlərə təqdim ediblər.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























