Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzlu üzvləri sırasına yeni adlar daxil edilib.
Oxuməni.az-a Mərkəzdən bildiriblər ki, yeni üzvlər arasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Naziri və İşçi Partiyasının rəhbəri (1997-2007) Qordon Braun, Yeni Zelandiyanın Baş Naziri (1999-2008), BMT İnkişaf Proqramının ilk qadın rəhbəri (2009-2017) xanım Helen Klark, Mavriki Respublikasının ilk qadın Prezidenti (2015-2018)xanım Amina Qurib-Fakim, İsrailin Baş Nazirinin müavini, Xarici İşlər Naziri (2006-2009) xanım Tsipi Livni yer alıblar.
Qeyd edək ki, Tsipi Livni İsrail siyasətində Qolda Meyerdən sonra ən nüfuzlu qadın hesab edilir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviya Respublikasının Prezidenti (1999-2007) xanım Vaira Vike-Freiberga və Dünya Bankının birinci vitse-prezidenti (1992-2000) İsmail Seragəldin yeni üzvlərə ünvanladıqları müraciətdə əmin olduqlarını bildiriblər ki, dünya siyasətində önəmli rol oynayaraq böyük nüfuz və təcrübə qazanmış yeni üzvlər Mərkəzin beynəlxalq nüfuzunun artırılmasına töhfələrini verəcəklər.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























