Ukraynada avqustun 17-dən başlayan beynəlxalq rəsm sərgisində azərbaycanlı rəssamın əsərləri də yer alacaq.
Oxuməni.az xəbər verir ki, soydaşımız Əsgər Cavadov Ukraynanın Vinnitsa şəhərində reallaşan ənənəvi beynəlxalq rəsm sərgisində iştirak etmək üçün keçirilən müsabiqədə qalib olub. Soydaşımız 1000 rəssamın içərisində qalib elan edilib. Avqustun 27-dək keçiriləcək beynəlxalq rəsm sərgisində 25 rəssamın yeni işləri nümayiş ediləcək.
Ukrayna, Azərbaycan, Çin və ABŞ-dan iştirak edən rəssamların əsərləri sərginin sonunda qiymətləndiriləcək və qaliblər müəyyən olunacaq. Pandemiya dövrünə görə, daha 16 iştirakçı onlayn qaydada müsabiqədə iştirak edir.
Ukrayna Mədəniyyət Nazirliyi və Vinnitsa vilayət Administrasiyasının birgə təşkil etdiyi beynəlxalq rəsm sərgisi açıq havada keçiriləcək.
Sərginin yekununda iştirakçıların əsərlərindən ibarət kataloq nəşr olunacaq.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































