Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar sosial izolyasiya şəraitində olan vətəndaşların evdən çıxmadan musiqi dinləməsi və mədəniyyətin müxtəlif sahələrindən xəbərdar olmaları üçün bu günlər Mədəniyyət Nazirliyi tərəfindən bir sıra layihələr həyata keçirilir. Müasir informasiya texnologiyalarının köməyi ilə reallaşdırılan bu layihələr karantin dövründə evdə qalan vətəndaşlarda ruh yüksəkliyi yaratmaq, onlara mənəvi dəstək olmaq məqsədi daşıyır.
Mediainfo.az xəbər verir ki, "#Evdəqal" təşəbbüsü çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən başlanılan "#Evdəmədəniyyətimiziyaşadaq" layihəsinə Xalq artisti Gülyanaq Məmmədova da qoşulub. Xalq artisti koronavirus pandemiyası ilə bağlı mübarizəyə həsr olunmuş çağırışlara dəstək nümayiş etdirərək, Şəkidəki evlərinin həyətindən izləyicilərə təqdim etdiyi videoçarx vasitəsilə sosial izolyasiya şəraitində olan həmvətənlərimizi karantin müddətində daha da məsuliyyətli olmağa səsləyib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























