Heydər Əliyev Fondu ailələrə Novruz sovqatları payladı

Heydər Əliyev Fondu ailələrə Novruz sovqatları payladı

Heydər Əliyev Fondu Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edib.

Mediainfo.az-a Fonddan verilən məlumata görə, Novruz bayramı ərəfəsində Fondun və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə təqdim ediblər. Aztəminatlı ailələrə Novruz bayramı münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbrikləri çatdırılıb.

Qeyd edək ki, öz fəaliyyətində sosial istiqaməti prioritet götürən Heydər Əliyev Fondu dövlətin sosial-iqtisadi inkişafa istiqamətlənən proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Fond valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, aztəminatlı ailələri də daim diqqətdə saxlayır, əlamətdar günlərdə onları yaddan çıxarmır, müxtəlif bayram hədiyyələri çatdırır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az