Güney Azərbaycanın Ərdəbil şəhərindən olan bir qrup gənc Yaxın Şərq tarixində ilk dəfə robot tibb bacısı hazırlayıblar.
Mediainfo.az xəbər verir ki, bu barədə layihədə iştirak edən bir generasiya şirkətinin rəhbəri Bəhzadə Kohənmi məlumat verib.
O qeyd edib ki, bu robot Güney Azərbaycan və İranda tibb bacılarına yardım etmək məqsədilə hazırlanıb.
Onun sözlərinə görə, "Həkim" adı verilən robot xəstəxanalarda koronavirusa yoluxanlara xidmət göstərəcək. Habelə yaxın gələcəkdə robotun geniş istehsalına başlanılacağını açıqlayıb.
Kohənmi yeni istehsal olunan robotun gələn həftə Ərdəbilin Xomeyni Xəstəxanasında quraşdırılacağını bildirib.
İnternetə bağlı olan robot mikrofon, durbin, səsgücləndirici, lazer termometr və bir sıra proqramlarla təchiz edilib. Sürətlə hərəkət edə bilən robotun dərman və yemək daşıma qabliyyəti var.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































