Gürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə yaz tətili martın 2-dən başlayacaq.
Mediainfo.az xəbər verir ki, bununla bağlı Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Qərara əsasən, yaz tətili martın 9-da deyil, martın 2-dən başlayacaq və ayın 16-dək davam edəcək. Martın 2-dən bütün uşaq bağçalarında da tətil elan olunub. Şuranın digər qərarı ilə ictimai nəqliyyat və uşaq bağçalarında dezinfeksiya tədbirləri gücləndiriləcək.
Gürcüstan universitetlərində də təhsil prosesi dayandırılacaq. Təhsil naziri Mixail Çxenkeli universitetlərə müraciət edərək semester imtahanlarının vaxtının dəyişdirilməsi, bir qədər geri çəkilməsi ilə bağlı tövsiyə məktubu göndərib.
Artıq Tbilisi Dövlət Universiteti bu çağırışa müsbət cavab verib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































