Bu ildən etibarən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu elektron formada aparılacaq.
Mediainfo.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev "Mədəniyyət Biznes Forumu: Mövcud vəziyyət və perspektivlər" forumunda çıxışı zamanı deyib.
Nazir söyləyib ki, şagirdlərin seçimi xüsusi yaradılacaq komissiya tərəfindən aparılacaq. Onun sözlərinə görə, iki ildir ki, bu məktəblərə müəllimlərin işə qəbulu elektron formada, açıq müsabiqə yolu ilə həyata keçirilir.
"Ötən il 500 müəllimin müraciəti qəbul olunub ki, onlardan 125 nəfəri işlə təmin edilib. Həmin məktəblərdə bu günədək 15 minədək insan çalışır, 60 minədək şagird təhsil alır. İstedadlı uşaqların orada təmənnasız, pulsuz təhsil almasını dövlət öz üzərinə götürüb", - deyə nazir qeyd edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































