"Xocalıda törədilənlər xüsusi qəddarlıqla həyata keçirilən əsl soyqırımı idi. Qurbanların çoxu diri-diri yandırılıb, insanların gözləri çıxarılıb, başları və qulaqları kəsilib".
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirliyinin təşəbbüsü ilə Moskvadakı Yəhudi Tolerantlıq Muzeyi və Mərkəzində Xocalıda baş verən soyqırımına həsr olunmuş tədbirdə deyib.
Səfir Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini yad etmək məqsədilə toplandıqlarını xatırladaraq həmin qanlı hadisələrin detalları barədə məlumat verib: "Xocalı şəhəri bir gecədə yerlə yeksan edildi".
P.Bülbüloğlu soyqırımı qurbanlarının əsl sayının heç kimə məlum olmadığını, rəsmi mənbələrdə göstəriləndən daha çox olduğunu vurğulayıb.
"Zaman sağaltmır. Neçə il keçməsinə baxmayaraq, başverənləri unutmaq, səhifəni bağlamaq, çevirmək mümkün deyil. Kimsə zaman keçdikcə dövlətimizin mövqeyinin dəyişəcəyinə və ya zamanla transformasiyaya uğrayacağına ümid edirsə, ümidləri puç olacaq. Azərbaycanlılar heç vaxt torpaqlarından imtina etməyəcəklər və hər zaman ölkələrinin maraqlarını müdafiə edəcəklər", - səfir bildirib.
P.Bülbüloğlu bugünlərdə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı son görüşü xatırladaraq, xalqımızın maraqlarını sonuna qədər dəstəkləmək əzminin bir daha nümayiş etdirildiyini söyləyib: "Cənab Prezident Dağlıq Qarabağın Azərbaycana aid olması ilə bağlı bir sıra danılmaz faktları qeyd etdi və tezislərini tarixi məlumatlarla və çoxsaylı dəlillərlə, O cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə əsaslandırdı".
"Dəlillərə və sənədli sübutlara, cinayətkarların, demək olar, adbaad bəlli olmasına baxmayaraq, indiyə qədər heç kim dünya ictimaiyyətinin gözü qarşısında törədilmiş dəhşətli soyqırımı aktına görə məsuliyyətə cəlb olunmayıb. Ölənləri geri qaytara bilmərik, ancaq Xocalıda baş verənlər haqqında həqiqəti dünyaya çatdırmalıyıq ki, bu bir daha və heç yerdə təkrar olunmasın. Məhz bu məqsədlə Heydər Əliyev Fondunun vitse-prezidenti və AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" hərəkatı başlayıb. O, dünyada yüzminlərlə gənci bir araya gətirib. Onlar missiyalarını Xocalı soyqırımı ilə bağlı həqiqətləri müxtəlif ölkələrin vətəndaşlarına çatdırmaqda görürlər. Bir çox ölkələr, eləcə də ABŞ-ın 22 ştatında Xocalı hadisələrini soyqırımı kimi tanıyıblar", - P.Bülbüloğlu söyləyib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































