"Azərbaycan sivilizasiyaların kəsişməsində" sənədli filmini çox maraqla izlədik. Ekran əsərində müsəlman ölkəsi olan Azərbaycanda tolerantlığın, müxtəlif dinlərin nümayəndələrinin birgə mehriban yaşayışını gördük.
Mediainfo.az xəbər verir ki, bu fikirləri ölkəmizin Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində "Azərbaycan-sivilizasiyaların kəsişməsində" sənədli filminin premyerasından sonra Paris Böyük Məscidinin rektoru Şəms Hafiz AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, sənədli film fransızlara əsil İslamı, onun dünyəviliklə uyğunluğunu aydın şəkildə göstərir. "Filmə baxarkən görürük ki, dünyəviliyi Fransa ilə bağlamaq olmaz. Azərbaycanda Fransadan da əvvəl dünyəvilik olub. Hələ qədimlərdən müxtəlif dinlərin nümayəndələri birgə mehriban ailə kimi yaşayıblar. Azərbaycan unikal müsəlman ölkəsidir",-deyə Ş.Hafiz diqqətə çatdırıb.
Ş.Hafiz Azərbaycanın Fransadakı səfirinə belə bir sənədli filmin çəkilişində göstərdiyi dəstəyə görə təşəkkür edib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























