ABŞ-ın Los Anceles şəhərində 92-ci "Oskar" kinomükafatlarının təqdimat mərasimi keçirilib.
Mediainfo.az-ın məlumatına görə, "Ən yaxşı film" mükafatına Cənubi Koreyanın "Parazit" filmi layiq görülüb.
Bu film həmin kateqoriyada qalib gələn ilk əcnəbi film olub. Ümumilikdə "Parazit" dörd mükafata sahib olub. Film, həmçinin "Ən yaxşı əcnəbi film" və "Ən yaxşı orijinal ssenari" kateqoriyalarında qalib olub. Filmin rejissoru Pon Jun Ho "Ən yaxşı rejissor" adını qazanıb.
"Coker" filmindəki roluna görə Xoakin Feniks "Ən yaxşı aktyor", "Cudi" filminə görə isə Rene Zellveger "Ən yaxşı aktrisa" mükafatını qazanıb.
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi












































.jpg)






