Azərbaycanda II ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 4 yeni ixtisas yaradılıb.
Mediainfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Kommersiya, Turizm və otelçilik ixtisasları ləğv edilib. II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra II ixtisas qrupuna aşağıdakı 21 ixtisas daxildir:
1. Coğrafiya müəllimliyi
2. Tarix və coğrafiya müəllimliyi
3. Beynəlxalq münasibətlər
4. Regionşünaslıq (regionlar üzrə)
5. Sosiologiya
6. Beynəlxalq ticarət və logistika
7. Biznesin idarə edilməsi
8. Davamlı inkişafın idarə edilməsi
9. Dövlət və bələdiyyə idarəetməsi
10. İqtisadiyyat
11. Maliyyə
12. Marketinq
13. Menecment
14. Mühasibat
15. Statistika
16. Coğrafiya
17. Hidrometeorologiya
18. İdman menecmenti və kommunikasiya
19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
20. Turizm bələdçiliyi
21. Turizm işinin təşkili
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































