Fevralın 5-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan Mediainfo.az-a verilən məlumata görə, iclasda "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması ilə əlaqədar "Televiziya və radio yayımı" haqqında Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər müzakirə olunub.
"Televiziya və radio yayımı" haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində edilmiş son dəyişikliyə əsasən, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci ildə qəbul etdiyi "Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" hüquqi qüvvəsini itirdiyindən Şuranın qərarı ilə ləğv olunub.
İclasda, həmçinin, "TV Texservis" MMC-nin "ATV Plyus" MMC-yə birləşməsi ilə əlaqədar olaraq Milli Televiziya və Radio Şurası tərəfindən "TV Texservis" MMC-yə verilmiş kabel şəbəkəsi yayımı üçün 18 mart 2016-cı il tarixli lisenziyanın və "TV Texservis" MMC-nin istifadəsinə ayrılmış efir yayım tezliklərinin onun hüquqi varisi olan "ATV Plyus" MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























