"Çindəki tələbələrlə mütəmadi olaraq, həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Çindəki Azərbaycan səfirliyi vasitəsilə əlaqə saxlanılır".
Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Naziri Ceyhun Bayramov deyib. O bildirib ki, Çində hökumətlərarası saziş əsasında 62 nəfər azərbaycanlı tələbə, ümumilikdə isə 500-ə yaxın azərbaycanlı gənc təhsil alır: "Onların böyük hissəsi Azərbaycandadır. Bəzi tələbələr isə Çinin digər şəhərlərinə yerləşdirilib. Onlar ciddi təhlükəyə baxmadan orada qalmağa üstünlük veriblər. Ancaq bütün dövlət orqanları məsələni nəzarətdə saxlayır. Vətənə dönmək istəyənlərin geri qaytarılması ilə bağlı hər hansı problem yoxdur".
Nazir qeyd edib ki, hazırda Azərbaycanda 94 nəfər Çin vətəndaşı təhsil alır: "Bir nəfər çinli tələbə özünün narahatlığı olduğu üçün tibb müəssisəsinə yerləşdirilib. Bakı Dövlət Universitetinin rəhbərliyi mütəmadi olaraq onunla əlaqə saxlayır. Onun səhhətində hər hansı problemlər mövcud deyil".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























