Dekabrın 14-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin anadan olmasının 90 illiyi münasibətilə "Xoşbəxt Yusifzadə-90" adlı kitab sərgisi açılıb.
Kitabxanadan Mediainfo.az-a bildirilib ki, sərgidə akademikin Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, elmi məqalələri, rəyçisi və redaktoru olduğu, haqqında yazılmış kitablar, qəzet və jurnal materialları nümayiş olunur.
Qeyd edək ki, Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb.
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi













































.jpg)





