Los-Ancelesdə Amerika Kino Sənəti Akademiyası "Oskar" mükafatının builki namizədlərini açıqlayıb. Mediainfo.az-ın məlumatına görə, bu barədə "TASS" xəbər verib.
"Ən yaxşı aktyor" nominasiyasında Hoakin Feniks ("Coker"), Leonardo DiKaprio (Bir dəfə Hollivudda"), Antonio Banderas ("Ağrı və şöhrət"), Conatan Prays ("İki ata"), Adam Drayver ("Nikah hekayəsi") mübarizə aparacaqlar.
"Ən yaxşı aktrisa"ya namizəd olanların siyahısında Rene Zellbeqer ("Cudi"), Skarlett Yohansson ("Nikah hekayəsi"), Şarliz Teron ("Qalmaqal"), Sintiya Erivo ("Harriet") və Sirşa Ronan ("Kiçik qadınlar") var.
"Ən yaxşı film": "İrlandiyalı" (rej. Martin Skorseze), "1917" (rej. Sem Mendes), "Parazitlər" (rej. Pon Çjun Xo), "Bir dəfə Hollivudda" (rej. Kventin Tarantino), "Nikah hekayəsi" (rej. Noa Baumbak), "Coker" (rej. Todd Fillips), "Dovşan Coco" (rej. Tayk Vaytiti), "Ford Ferrariyə qarşı" (rej. Ceyms Menqold), "Kiçik qadınlar" (rej. Qreta Herviq).
"Ən yaxşı rejissor": Kventin Tarantino, Martin Skorseze, Sem Mendes, Pon Çjun və Tod Fillips.
Namizədlər ümumilikdə 23 nominasiya üzrə mübarizə aparacaqlar.
"Oskar" mükafatının 92-ci təqdimat mərasimi fevralın 9-da Los-Anceles şəhərində keçiriləcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































