Cənubi Afrikada səfərdə olan Efiopiyanın Baş Naziri Abiy Əhməd Əli jurnalistlərə müsahibəsində onun ölkəsi ilə Eritreya arasında on illərdir davam edən münaqişənin həllində həlledici rol oynadığını və Nobel Sülh mükafatına məhz özünün layiq olduğunu bəyan edən ABŞ Prezidenti Donald Trampın fikirlərinə münasibət bildirib.
Mediainfo.az ENA informasiya agentliyinə istinadla xəbər verir ki, Baş Nazir onun Nobel Sülh mükafatına layiq görülməsinin Osloda müəyyən edildiyini və bundan xəbəri olmadığını qeyd edib. "Bu mükafatın laureatları Efiopiyada deyil, Osloda xüsusi komissiya tərəfindən seçilir", -deyə Abiy Əhməd Əli vurğulayıb. O, mükafatın regional sülh baxımından əhəmiyyətini də qeyd edib. "Mən öz ölkəmin mənafeyini qorudum, sülhü təmin etdim və günlərin birində eşitdim ki, mükafata layiq görülmüşəm", - deyə Baş Nazir əlavə edib.
Xatırladaq ki, ötən il dekabrın 10-da Baş Nazir Abiy Əhməd Əliyə Nobel Sülh mükafatı təqdim olunub. Mərasimdə çıxış edən Norveç Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen qeyd edib ki, Baş Nazir bu yüksək mükafata 80 min insanın ölümü ilə nəticələnmiş Efiopiya ilə Eritreya arasında sülhün əldə olunmasında həlledici roluna, ölkəsində vətəndaş azadlıqlarını və inkişaf edən institutları gücləndirməklə demokratiya qurmaq istiqamətində səylərinə, Şərqi və Şimal-Şərqi Afrikada sülh proseslərinə verdiyi töhfələrə görə layiq görülüb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































