Dünyanın nüfuzlu şəxsləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirir

Dünyanın nüfuzlu şəxsləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi videoçarx hazırlayıb.

Mediainfo.az-ın məlumatına görə, videoçarx Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyətinin XIX Yüksək Səviyyəli Görüşü ilə bağlıdır.

Qeyd edək ki, iclas 2019-cu ilin noyabrın 27-28-də Romada keçirilib.

Tədbir "Zorakılıqdan azadlığa: 2030-cu il üçün Sülh, təhlükəsizlik və münaqişələrin qarşısının alınması" ilə bağlı olub.

Videoda Roma Papası Fransiskin 2019-cu ilin noyabrın 27-də Vatikanda etdiyi çıxışa da yer ayrılıb.

Roma Papası çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Romada tədbir keçirməsini bildirir və iştiraka görə auditoriyaya təşəkkür edir.

Videoada dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi barədə fikirlərinə yer verilib.

Onlar Mərkəzin fəaliyyətini yüksək qiymətləndiriblər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

2026.09.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az