Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikasının Belçikadakı səfirliyində Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə muğam konserti keçirilib. Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Zakir Əliyevin rəhbərlik etdiyi "Şur" instrumental ansamblının konsertində Brüssel şəhərindəki diplomatik korpusun, Belçika ictimaiyyətinin və Avropadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Mediainfo.az xəbər verir ki, Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Qaya Məmmədov ölkəmizin muğam sənəti haqqında tədbir iştirakçılarına məlumat verib. Azərbaycan muğamının 2008-ci ildə UNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini qeyd edən Q.Məmmədov bu qədim ümumbəşəri mədəniyyət nümunəsinin qorunub saxlanılması, beynəlxalq ictimaiyyətə çatdırılması və gənc nəsil arasında populyarlaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısını xüsusi vurğulayıb.
Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü İlkin Hüseynov da qonaqlara Azərbaycan musiqisinin zənginliyindən söhbət açıb.
Daha sonra müğənni Zakir Əliyev və onun gənc tələbəsi Mənzurə Əbdürrəhmanova "Şur" intrumental ansamblının müşayiəti ilə muğam parçaları və təsniflər ifa ediblər. Onların ifaları tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























