Kolumbiyanın paytaxtı Boqota şəhərində UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyası keçirilib. Sessiya çərçivəsində UNESCKO-da akkreditasiyadan keçmiş qeyri hökumət təşkilatlarının beynəlxalq forumu reallaşıb. "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov forumda ölkəmizi təmsil edib.
Mediainfo.az xəbər verir ki, İctimai Birliyin nümayəndəsi forumda "Musiqi ilə qaranlığı aydınlatma" adlı layihənin təqdimatını edib.
Layihə çərçivəsində Azərbaycanda görmə məhdudiyyətli musiqiçilərin beynəlxalq festivalının təşkil olunacağı diqqətə çatdırılıb. Forum iştirakçıları görmə məhdudiyyətli azərbaycanlı musiqiçilər haqqında nümayiş edilən qısa filmi böyük maraqla qarşılayıb.
F. Qasımov sessiyanın açılış mərasimində UNESKO-nun Baş direktoru Odri Azuley ilə görüşüb və İctimai Birliyin yeni layihəsi barədə məlumat verib. Odri Ozuley İctimai Birliyin "Musiqi ilə qaranlığı aydınlatma" layihəsinə dəstəyini ifadə edib.
Xatırladaq ki, 2016-cı il iyunun 1-də UNESKO-nun "Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya"ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin UNESKO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi status verilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































