Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 33 nömrəli uşaq musiqi məktəbində Azərbaycan xalq muğamlarının əvəzsiz ifaçısı, xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 130 illiyinə həsr edilmiş konsert keçirilib.
Mediainfo.az xəbər verir ki, məktəbin müəllimi Sevinc Mikayılova görkəmli xanəndənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Həmçinin qədim mədəni irsimiz olan muğamın mədəniyyətimiz tarixində tutduğu böyük roldan danışıb və Birinci vitse-prezident Mehriban Əliyevanın muğama diqqət və qayğısını da xüsusi qeyd edib.
Tədbirdə məktəbin şagirdləri Seyid Şuşinskinin repertuarından "Heyratı", "Bayatı-İsfahan", "Mənsuriyyə" muğamlarını və "Bir cüt sona", "Gülə-gülə", "İrəvanda xal qalmadı" Azərbaycan xalq mahnılarını səsləndiriblər.
Konsertin sonunda xanəndə sinfinin müəllimi Günay İmamverdiyeva öz şagirdləri ilə birlikdə "Qarabağ şikəstəsi" ritmik muğamını ifa edib.
Sonda məktəbin direktoru Nəzifə Əliyeva konsertin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























