Ukraynanın Lvov şəhərində Azərbaycan mədəniyyətinin təbliği məqsədilə tədbir keçirilib.
Mediainfo.az xəbər verir ki, dahi mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi çərçivəsində tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın təşkilatçılığı ilə baş tutub.
Tədbir Azərbaycan və Ukraynanın dövlət himnləri ilə başlayıb. Sonra çıxış edən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, "Nəsimi ili" çərçivəsində dünyanın bir çox ölkələrində silsilə tədbirlər keçirilib. Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağacın əkilməsi aksiyası xarici ölkələrin müxtəlif qurumları tərəfindən alqışlanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Ukraynada da bir sıra tədbirlər keçirilib. Bütün bunlar Azərbaycan mədəniyyətini, Nəsimi irsinin təbliğinə xidmət edir.
Tədbirdə digər çıxışçılar hər iki ölkə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından söz açıblar.
Sonra tədbir Azərbaycan və Ukrayna sənətçilərinin konsert proqramı ilə davam edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































