Bakı şəhəri dizayn sahəsi üzrə yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir.
Mediainfo.az-ın məlumatına görə, bunu Bakı Konqres Mərkəzində "Kreativ Azərbaycan" portalının təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda panel müzakirəsində Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, dünya miqyasında yaradıcı sənaye son 10 il müddətində cəmiyyətin inkişafına dəyərli töhfələrin verilməsinə şərait yaradır: "Azərbaycanda da bu baxımdan vəziyyət istisna deyil. Son illər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən aparılan siyasət nəticəsində respublikanın hər bir bölgəsində, bütün şəhər və rayonlarda abadlıq, yenidənqurma işləri aparılır, yeni iş yerlərinin açılması uğurla həyata keçirilir. Təbii ki, bu prosesin arxasında duran xalqın yaradıcı potensialı, vətənə məhəbbət, xalqla dövlətin vəhdətidir. Bütün bu amillər Azərbaycanda yaradıcı sənayenin inkişafının vacib olduğunu göstərir".
Ə.Qarayev əlavə edib ki, bu il Bakı şəhəri UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib: "Bakı şəhəri öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Biz hamımız bunun üçün bərabər çalışmalıyıq. Bu işdə həm dövlət orqanları, həm sənayenin nümayəndələri, həm də vətəndaşlar fəal iştirak etməlidirlər. Hesab edirəm ki, bugünkü portalın təqdimatı böyük bir tapşırığın yerinə yetirilməsinin ilk addımıdır".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























