Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsinin növbəti konserti keçirilib.
Mediainfo.az-ın məlumatına görə, konsertdən əvvəl fililogiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış edərək BMM-nin layihələrindən söz açdı. Vurğuladı ki, muğam axşamları ənənəsi XIX əsrin ikinci yarısından başlanılıb. Belə axşamlar əvvəlcə Şuşada, sonra da Bakıda davam etdirilib. Yüz illərdən keçib gələn muğam sənətinin təbliğinə yönələn bu tədbir əvvəllər "Şərq gecələri" adlanan muğam axşamlarının bir növ davamıdır. Bu ənənə Bakının qəsəbə və kəndlərində də yaşayıb və indi də davam etdirilir. Qeyd edib ki, elmi-tədqiqat, milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində həyata keçirilən layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətini gələcək nəsillərə daşımaqdır. BMM-nin "Unudulmayanlar", "Muğam axşamları", "Qəzəllər", "Sirlər xəzinəsi", "Aşıq musiqisi axşamları" və s layihələri milli musiqimizin tədqiq və təbliğinə xidmət edir.
Daha sonra layihə bu dəfə "Zabul segah" muğamının ifası ilə davam etdi. Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artistlər Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Vəliyevanın ifasında "Zabul segah" muğamının şöbələri və ritmik ahəngi gənc istedadlı xanəndələr tərəfindən özünəməxsus tərzdə təqdim olundu.
İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət edirdi.
Xatırladaq ki, layihə çərçivəsində növbəti konsert dekabrın 28-də isə "Çahargah" muğamı ilə davam edəcək.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























