Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il dekabr ayının 20-dən 27-dək Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi keçiriləcək.
Mediainfo.az-ın məlumatına görə, sərginin açılışı dekabr ayının 20-də, saat 18:30-da Muzey Mərkəzində baş tutacaq.
Kamil Nəcəf oğlu Nəcəfzadə (29 dekabr 1929-cu il – 29 iyun 2011-ci il) Lənkəran şəhərində anadan olmuşdur. O, 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. Kamil Nəcəfzadə 1955-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunda təhsilini tamamlamış və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rəssam kimi çalışmışdır.
Kamil Nəcəfzadə 40-a yaxın filmin quruluşçu rəssamı olmuşdur.
O "Bir məhəlləli iki oğlan", "Uzaq sahillərdə", "Qara daşlar", "Mən rəqs edəcəyəm", "Bir cənub şəhərində", "Səmt küləyi", "Qaçaq Nəbi", "Ad günü" filmlərinin quruluşçu rəssamı olmuşdur.
Kamil Nəcəfzadə Azərbaycan teatr səhnəsində də fəaliyyət göstərmiş, H.Cavidin "Knyaz" (1964-cü il) və S.Vurğunun "Fərhad və Şirin" (1976) və s. əsərlərinə quruluş vermişdir.
Rəssam səhnəqrafiya və kino filmlərin bədii tərtibatı ilə yanaşı, rəngkarlıq və qrafika nümunələri də yaratmışdır. Belə əsərlərdən "Əmək adamları", "İlk traktor", "Azərbaycan harayı", "Yaylaqda səhər", "Tarix bağışlamır", "Çay kənarında", "Əli Zeynalov", "İmran Qasımov", "Mahmud Esembayev" adlarını qeyd etmək olar.
Kamil Nəcəfzadənin əsərləri Amerika, Böyük Britaniya, Yaponiya, Türkiyə, Çexoslovakiya, Almaniya, Fransa, Kanada, Monreal və başqa ölkələrin muzey və şəxsi kolleksiyalarda saxlanılır. O, 1986-cı ildə Vyetnamın Hanoy şəhərində fərdi sərgisinin açılışından sonra 29 əsərini Vyetnam xalqına hədiyyə etmişdir.
Mediainfo.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































