Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının səkkiz ili tamam olur. Yarandığı gündən Azərbaycan universitetlərinin reytinq cədvəlində öz liderliyini saxlayan Ali Məktəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb.
2017-ci il may ayının 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilib.
Cari ildə BANM-in dövlət sifarişli ixtisaslarına qəbul olmaq üçün ümumi orta bal - 678 bal olub.
2019/2020-ci tədris ilində BANM-in 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb ki bu göstərici üzrə də BANM ölkə üzrə ali məktəblər arasında ön sıralarda yer alıb.
Ali Məktəb səkkiz illik fəaliyyətində artıq üçüncü məzun buraxılışı həyata keçirib. Məzunların işlə təmin olunması isə 100% təşkil edir. Bu gün BANM-i bitirən məzunlar yerli və transmilli şirkətlərdə çalışır və dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər.
8 illik uğurlu fəaliyyəti ərzində Ali Məktəb ölkədə peşəkar mühəndislərin hazırlanmasında SOCAR, STAR Refinery, BP, ABB, Emerson, Schneider Electric, Maire Tecnimont, Halliburton, Microsoft, Schlumberger, Equinor, Total, Avandsis Group və digər ən qabaqcıl şirkətlərlə əməkdaşlıq etmişdir ki, bu da BANM-in məzunlarının beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































