"Как По Маслу"! Azərbaycan komandası Aşdod şəhərində keçirilən İsrail Gülüş Liqasının ikinci mövsümünün qalibi olub.
Mediainfo.az-ın məlumatına görə, bu, Azərbaycanın Gülüş Liqasının beynəlxalq layihəsindəki ilk böyük uğurudur.
Finalda "Я так и знала" (Hayfa, İsrail) - məşqçi Qleb Timoşenko (Xarkov, Ukrayna), "Сборная разных городов" (İerusalim, Aşdod, Hayfa, İsrail) – məşqçi Aleksandr Stepanenko (Xmelniktskiy, Ukrayna) "Изюмовы" (Kiyev, Poltava, Ukrayna) – məşqçi Sergey Sivoxo (Kiyev, Ukrayna) "Как по маслу" (Bakı, Azərbaycan) – məşqçi Marina Ostrovkaya (Aşdod, İsrail) komandaları iştirak edirdilər.
Festivalın aparıcıları Aleksandr Androsov və Aleksandr Manayev idilər.
Qeyd etmək lazımdır ki, "Как по маслу" komandası bir il əvvəl Ukraynanın ən reytinqli "1 + 1" kanalında Gülüş Liqası yumor şousunda səyahətə başladı, bu layihədə ilk ölkə təmsilçisi oldu və bu gün Azərbaycanı beynəlxalq yumor arenasında təmsil edən yeganə Azərbaycan komandasıdır. Həmçinin 9 noyabrda Kiyev şəhərində keçirilən "Qış Kuboku"nda komandamız, "Liqa Smexa 2019 Ən yaxşı səhnəciyi" nominasiyası üzrə kubok qazandı.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































