Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva və şöbə müdiri Nurəddin Babazadə Belarus Respublikasının Mogilyov vilayətinin Xalq Yaradıcılığı və Mədəni-Maarif işi üzrə Metodiki Mərkəzinin 80 illik yubileyinə həsr olunmuş "Milli-mədəni özünəməxsusluğun qorunması kontekstində ənənəvi mədəniyyətin dəyərləri" adlı konfransda iştirak ediblər. Mediainfo.az-ın məlumatına görə, konfrans zamanı iki mərkəzin birlikdə hazırladığı "Şəhər (rayon) Mədəniyyət Mərkəzləri (filialları ilə birlikdə), digər Mədəniyyət Evləri və klublarda fəaliyyət göstərən həvəskar rəqs dərnəyi və kollektivi rəhbərinin işinə dair" yeni beynəlxalq metodiki vəsaitin təqdimatı keçirilib.
Asif Usubəliyev çıxışında Xalq Yaradıcılığı və Mədəni-Maarif işi üzrə Metodiki Mərkəzin rəhbərliyini 80 illik yubiley münasibətilə təbrik edərək bildirib ki, böyük ənənələrə və elmi-kadr potensialına malik olan müəssisə ilə əməkdaşlıq çərçivəsində milli mədəniyyətin tanıdılması və təbliği istiqamətində, habelə mədəniyyət müəssisələrinin inkişafına xidmət edə biləcək birgə layihələrin reallaşması üçün xüsusi önəm daşıyır. Vurğulayıb ki, hər xalqa məxsus olan mədəni ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi nəsillər arasında mühüm əlaqələndirici halqadır.
Qeyd edək ki, vəsaitin rəyçilərindən biri Xalq Yaradıcılığı və Mədəni-Maarif işi üzrə Metodiki Mərkəzin direktoru Oleq Xmelkovdur.
Daha sonra Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndə heyəti Mogilyov vilayətinin Xalq Yaradıcılığı və Mədəni-Maarif işi üzrə Metodiki Mərkəzinin 80 illik yubileyinə həsr olunmuş konsertdə iştirak edib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


















.jpg)
.jpg)










.jpg)

























