Dəyərli dostlar, hər birinizi noyabrın 22-də saat 19.00-da Bakı Kitab Mərkəzində keçiriləcək "Azərbaycan Xalça Muzeyi" kitabının təqdimat mərasiminə dəvət edirik.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş fundamental nəşrin müəllifləri çıxış edəcəklər. Onlar kitabın hər bir hissəsi haqqında ətraflı məlumat verəcəklər.
Sonra Azərbaycan Musiqili Komediya Teatrının müğənniləri Nərgiz Kərimova və Fərid Əliyev "Arşın mal alan" operettasından ariya ifa edəcəklər.
Təqdimat mərasimində qonaqlara maraqlı suallar veriləcək və düzgün cavabı bilən şəxslər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Tədbirdə muzeyin nəşrləri, Ənənəvi texnologiya şöbəsinin toxucularının əl işləri təqdim ediləcək. Eyni zamanda, qonaqların iştirakı ilə xalça kəsimi mərasimi olacaq. Muzeyin Uşaq şöbəsinin əməkdaşları isə xovsuz xalça növü olan zilinin toxunması üzrə və digər ustad dərslər keçəcəklər.
Azərbaycan Milli Xalça Muzeyi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























