Ölkəmiz Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 15-17-də Paris şəhərinin ən görkəmli sarayı "Grand Palais" (Böyük Saray) də keçirilən "Festival du bien-manger" (Ləziz yeməklər festivalı) də təmsil olunub.
Assosiasiyadan Mediainfo.az-a bildirilib ki, 120 yerli iştirakçı, 13 ölkə, 30-dan çox tanınmış aşpazın qatıldığı bu Festival Fransanın ən böyük beynəlxalq bazarı olan Rungis (Rəngis) in 50 illik yubileyinə həsr olunmuş mərasim çərçivəsində təşkil edilib.
Festival iştirakçılarına milli şirniyyatlarımızın ən tanınmış növlərindən olan şəkərburanın hazırlanması qaydaları, habelə xəmirin hazırlanması, üstünün bəzədilməsi və sair nümayiş olunub. Təqdimat zamanı iştirakçılar arasında Azərbaycanla bağlı sual-cavab keçirilib və düzgün cavab verənlərə Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar hədiyyə edilib.
Məşhur fransız aşpazı Cyril Rouquet Provostun aparıcılığı ilə Azərbaycan, bayramlarımızla bağlı adət-ənənələr, Azərbaycanın zəngin mətbəxi haqqında iştirakçılara geniş məlumat verilib.
Tədbirdə ölkəmiz haqda məlumatlar "Eduard Cointerau" (Eduard Kuantro), "Anne-Laure Descombin" (An Lor Dekombən) və "Agora Expo" şirkətinin rəhbərlik etdiyi "Beynəlxalq Qastronomiya Şəhərciyi" layihəsi ilə əməkdaşlığı nəticəsində təqdim olunub. Azərbaycanın Dostları Assosiasiyası artıq 3 ildir ki "Beynəlxalq Qastronomiya Şəhərciyi" layihəsində uğurla iştirak edir. 3 gün davam edən beynəlxalq festivalda İndoneziya, Filippin, Özbəkistan, Cənubi Koreya, Mərakeş və digər ölkələrin mətbəx nümunələri təqdim olunub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir



















.jpg)
.jpg)










.jpg)























