Qazaxıstanın Almatı şəhərində Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib. Nazirlikdən Mediainfo.az-a verilən xəbərə görə, Almatının Dostluq evində keçirilən "Xalqın birliyi ölkənin gücüdür" adlı tədbirdə Qazaxıstanın Xalq Assambleyası katibliyinin sədr müavini Janseit Tuymebayev, "Azərbaycanlılar Assosiasiyası" Respublika İctimai Birliyinin sədri Əbülfəz Xamedov, Azərbaycanın Almatı şəhərindəki nümayəndəliyinin konsulu Ramil Rzayev, şəhər maslixatının deputatları, ziyalılar, etnik–mədəni birliklərin, vətəndaş cəmiyyəti institutlarının, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
"Xalqın birliyi ölkənin gücü" mövzusunda dəyirmi masa, dekorativ-tətbiqi sənət sərgisi, "Kitab xalqın ruhunu tanımağın açarıdır" sərgisi, yaradıcı kollektivlərin konserti, həmçinin "Dostluq dastarxanı" milli mətbəxin nümayişi keçirilib.
Qazaxıstan Xalqlar Assambleyası sədr müavini Janseit Tuymebayev tədbirdə çıxış edərək qardaş xalqın nümayəndələrinin Qazaxıstanın inkişafına verdikləri töhfələri vurğulayıb. Bildirib ki, etnik Azərbaycan nümayəndələri arasında Qazaxıstanın iqtisadi, mədəni və siyasi inkişafına töhfə verən sahibkarlar, mühəndislər, elm, təhsil, mədəniyyət və idman xadimlərini görmək olar.
Tədbirin əsas məqsədi ictimai həmrəyliyin və ümummilli birliyin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və dostluq əlaqələrinin inkişaf etdirilməsidir.
Bu gün Qazaxıstanda 130 min etnik azərbaycanlı yaşayır. Onların əksəriyyəti ölkənin cənub regionlarında – Türküstan, Almatı, Cambıl vilayətlərində, həmçinin Almatı və Şımkənd şəhərlərində yaşayır.
Qeyd edək ki, hazırda bütün ölkə üzrə 32 mədəniyyət birliyi fəaliyyət göstərir. Almatı vilayətində Azərbaycan dilində "Vətən" qəzeti nəşr olunur. Azərbaycan dili və mədəniyyətinin inkişafı və dəstəklənməsi məqsədilə musiqi və rəqs kursları yaradılıb. "Bahar" rəqs qrupu, həmçinin milli çalğı alətləri və folklor kollektivləri fəaliyyət göstərir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir



















.jpg)
.jpg)










.jpg)























