Sabirin “Hop-Hopnamə”sinin audio versiyasının təqdimatı olacaq

Sabirin “Hop-Hopnamə”sinin audio versiyasının təqdimatı olacaq

Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin ilk dəfə olaraq məşhur "Hop-Hopnamə" kitabının audio versiyası işlənib hazırlanmışdır.

"Mirzə Ələkbər Sabir "Hop-Hopnamə" audio kitabı"layihəsi Mirzə Ələkbər Sabir Fondu tərəfindən həyata keçirilib.

Şeirlər tələbələr, müxtəlif sahələrdə çalışan gənclər, həmçinin fiziki məhdudiyyəti olanlar tərəfindən səsləndirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmişdir.

Təqdimat tədbiri 08 noyabr 2019-cu il tarixində saat 16:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcəkdir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

2026.09.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az