Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda parlaq uğurlar qazanıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli məktəb-liseyin III sinif şagirdi Nilufər Oruclu Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb. Təhsil İdarəsindən Mediainfo.az-a verilən məlumata görə, final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.
Paytaxtdakı 202 nömrəli tam orta məktəbin X sinif şagirdi Fidan Musayeva karate idman növü üzrə 63 kiloqram çəki dərəcəsində Makedoniyada keçirilən XI Avropa çempionatında qalib gəlib. F.Musayeva qızıl medal və diploma layiq görülüb.
71 nömrəli tam orta məktəbin IV sinif şagirdi Osman Osmanov cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə 24 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qalibiyyətinə görə məktəbli qızıl medalla təltif olunub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi













































.jpg)





