Lisey direktoruna Rəşad Tağıyevin gücü yetmir

Lisey direktoruna Rəşad Tağıyevin gücü yetmir

Mediainfo.az bizimdovr-ə istinadən bildirir ki, bir müddət bundan əvvəl "Texniki-Humanitar Liseydə bazarqanunları" və "Texniki-Humanitar Liseydə davamiyyət problemi" başlıqlı məqalələrimizdə Bakının Nəsimi rayonundakı direktoru Səidə Zeynalova olan liseydəki korrupsiyadan konkret faktlarla bəhs etmişdik. Məqalələr liseydə təhsil alan şagirdlərin valideyinlərinin redaksiyamıza verdiyi ilginc faktlar əsasında hazırlanmışdı. Xatırladaq ki, liseydə tədris ikinövbəlidir və ora qəbul beşinci sinifdən aparılır. Orada Azərbaycan və rus bölmələrində 44 sinifdə 1087 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 98 nəfər müəllim məşğul olur.

64 yaşı bu yaxınlarda tamam olacaq Səidə Zeynalova yol verdiyi nöqsanlarla liseydə tədrisi, eyni zamanda təlim-tərbiyə prosesinin səmərəliliyini minimuma endirib. Şagirdlərin dərsə davamiyyəti sıfıra bərabərdir. Xüsusilə də 10-11-ci sinif şagirdləri repititor yanına getdiyinə görə demək olar ki, dərslərdə iştirak etmirlər. Nəyinsə müqabilində dərslərdən yayınırlar. Sözsüz ki, rüşvət olan yerdə nə təhsilin keyfiyyətindən, nə də şagirdlərin dərsə davamiyyətindən söhbət gedə bilməz. Eyni zamanda, bəzi müəllimlər dərs saatlarının olmasına və əmək haqqı almalarına baxmayaraq, dərslərdə iştirak etmirlər. Bu siyahıda direktora yaxın şəxslər də var. Eyni zamanda şagirdlər də pul verərək aylarla dərsə gəlmirlər. Bu da müəllimlərin narazılığına səbəb olur. Bir sözlə, bütün bunlar ciddi qanun pozuntusu kimi qiymətləndirilməli və müvafiq qurumlar tərəfindən dərhal araşdırılmalıdır.
Direktor Səidə Zeynalova isə yaxın ətrafına deyir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin mənə gücü yetməz. Çünki mənim arxamda Prezident Administrasiyasında vəzifə tutanlardan biri dayanır və məni keçmiş nazir Mikayıl Cabbarova da o tapşırmışdı. Təhsil Naziri Ceyhun Bayramov da bunu bildiyindən mənə "gözün üstə qaşın var" belə demir. Cəzasızlıqdan ruhlanan S. Zeynalova isə təhsil ocağını bazara çevirib desək yanılmarıq. Ümidvarıq ki, yaxın günlərdə liseyə daha gənc və rüşvətdən uzaq bir direktor təyin olunar.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az