Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov və xanəndə Gülnar Fərəcovanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində "Şərqdən Qərbə" adlı konsert proqramı təqdim olunub. Konsertdə muğam və təsniflərlə yanaşı, fransız musiqisi də səsləndirilib.
Bu barədə Mediainfo.az-a konsertin təşkilatçısı olan xanəndə Qoçaq Əsgərov məlumat verib.
Onun sözlərinə görə, Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə keçirilən konsertdə ifaçıları kamançada Elnur Mikayılov, tarda İbrahim Babayev, pianoda Vasif Hüseynzadə, davulda Yusif Əzizov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edib.
Bununla yanaşı, konsertdə fransalı musiqiçilər Julen Achiary, Nicolas Nageotte, Jordi Cassagne, Bastien Fontanille və Julie Lobatoda da çıxış ediblər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































