Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Nazirlikdən Mediainfo.az-a verilən məlumata görə, iclasda İctimai Şuranın Əsasnaməsi (reqlamenti) qəbul edilib, həmçinin Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov İctimai Şuranın sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə məsul katib seçilib.
İclasda Şura üzvləri şuranın fəaliyyət planı ilə bağlı ilkin təklifləri müzakirə ediblər. Növbəti iclasda fəaliyyət planının təsdiqi nəzərdə tutulur.
Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




















.jpg)
.jpg)










.jpg)






















