Mediainfo.az Sozcu.az-a istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetinin "Fiziki tərbiyə, Çağırışaqədərki hazırlıq və Mülki müdafiə" Kafedrasının müdiri Məmmədov Ələddin Hətəm Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya Mübarizə İdarəsinin və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunub.
"Hürriyyət"in bölgə müxbiri Azər Allahverdiyevin verdiyi məlumata görə, Ələddin Məmmədov 14 oktyabr 2019-cu il tarixdə Gəncə Şəhər Prokurorluğuna çağrılaraq, orada saxlanılıb.
Məlumata əsasən, onunla birlikdə Gəncə Şəhər sakini İmamquliyev Azər Arif oğlu da həbs olunub.
Bildirilir ki, həbs olunan İmamquliyev Azər Arif oğlunun atası Gəncə Aqrar Universitetinin Ekologiya Kafedrasının müəllimi olub.
Hər iki şəxsin həbs olunması haqqında ilkin olaraq belə məlumatlar var ki, dələduzluq və korrupsiya faktları ilə bağlı həbs ediliblər.
Başqa bir məlumata görə, Gəncə Dövlət Universitetinin "Fiziki tərbiyə, Çağırışaqədərki hazırlıq və Mülki müdafiə" kafedrasının müdiri Məmmədov Ələddin Hətəm oğlu saxta diplom düzəltmək və TQDK-nın imtahan nəticələrindən bal toplaya bilməyən şəxsləri dolayı yolla Universitetə qəbul etdirmək kimi cinayət xarakterli əməllərdə ittiham olunurlar.
Məlumata görə, həbs olunan İmamquliyev Azər Arif oğlu fotoqraf işləyirmiş. O, saxta diplom düzəltməkdə, diplomun üzünə foto naxışları çəkib diplom üzlüyü, həqiqət olmayan sənət əldə etməkdə ittiham olunur.
Həbs olunan Məmmədov Ələddin Hətəm oğlu isə bir neçə il bundan əvvəl hal-hazırda fəaliyyəti bağlanan Gəncə Şəhər Müəllimlər İnstitutuna imtahansız, imtahan nəticələri az olan və imtahan nəticələrindən bal toplaya bilməyən abituriyentləri qeyri-qanuni olaraq İnstituta qəbul etdirmədə suçlu bilinir. Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Məmmədov Ələddin Hətəm oğlu barəsində çinayət işi açılmışdır.
Mediainfo.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































