“II Azərbaycan Xalq Mahnıları Festivalı” sona çatdı

“II Azərbaycan Xalq Mahnıları Festivalı” sona çatdı

Xəbər verdiyimiz kimi, respublikamızda "II Azərbaycan Xalq Mahnıları Festivalı"na start verilib. Mediainfo.az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində festivalın bağlanış mərasimi keçirilib.

Festivalın son günü gənc xanəndələrin ifasında xalq mahnılarımız təqdim olunub. Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının (bədii rəhbər Xalq artisti Adil Bağırov) müşayiəti ilə Muğam televiziya müsabiqəsinin laureatları, Beynəlxalq Muğam Mərkəzinin solisti olan gənc xanəndələr Abgül Mirzəliyev, Elgiz Əliyev, Almaxanım Əhmədli, Günay İmamverdiyeva, Rəvanə Qurbanova, Sərxan Bünyadzadə, Elnur Zeynalov və digər ifalarda "Qaragilə", "Sarı gəlin", "Süsən sünbül", "Bəri bax" kimi dillər əzbəri olan mahnılarımız səsləndiriblər.

Layihənin iştirakçıları Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA-nın Folklor İnstitutu, Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universitetidir.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd "Qızıl fond"da qorunan, eyni zamanda regionlarda illərlə nəsildən-nəslə ötürülən xalq mahnılarının tamaşaçılara təqdim edilməsidir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az