Kimya üzrə Nobel mükafatının təqdimat mərasimi dekabrın 10-da Stokholmun "Stokholm Filarmoniyası"nda keçiriləcək.
Mediainfo.az "TASS" agentliyinə istinadən xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasındakı Kimya üzrə Nobel Komitəsi həmin gün 2019-cu ilin bu sahədə Nobel mükafatı sahibinin adını elan edəcək.
ABŞ-ın "Clarivate Analytics" şirkətinin araşdırmasına görə, eyni zamanda tədqiqatçıların qənaətinə əsasən, kimya sahəsində mükafatı Münhen Universitetindən Rolf Huysqen və Kopenhagen Universitetindən Morten Meldal ala bilərlər.
Digər iddiaçılar sırasında kimya sahəsində elmi kəşflərinə görə önə çəkilən Oksford Universitetinin professoru Edvin Souzern, Kolorado Universitetindən Marvin Karuters, Sietl Sistem Biologiyası İnstitutundan Leroy Hud və Sakit Okean Biosistemlər Biologiyası İnstitutunun direktoru Maykl Hankapillerin də adları çəkilir.
İsveçli müşahidəçilər isə fransız Emmanuel Şarpente və amerikalı Cennifer Daudnenin ali mükafata layiq görüləcəklərini istisna etmirlər.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




















.jpg)
.jpg)










.jpg)






















