GDU ilə bağlı ölkə başçısına yeni müraciət ünvanlanıb. Müraciətdə deyilir:
"Cənab Prezident, biz Gəncə Dövlət Universitetinin müəllimləriyik. Sizin müvafiq fərmanına əsasən sentyabrın 1-dən maaşlar müəyyən qədər qaldırılıb. Bu fərman GDU-da icra olunmur. Mediainfo.az Bizimdövr.az-a istinadən verdiyi xəbərə görə ödənişli oxuyan tələbələrdən universitetə daxil olan vəsait isə rektor tərəfindən istədikləri kimi talan olunur. Rektorun qardaşı Cavanşir Yusibov Nazirlər Kabinetinin aparat rəhbəri olduğundan bu pulların hesabatını ondan soruşan yoxdur. Rektor deyir ki, müəllimlərin maaşlarının qaldırılmasından söhbət belə gedə bilməz. Yalnız texniki işçilərin ştatlarına belə fərq qoyulmadan süpürgəçi ilə eyni maaş - 250 manat olacağı barədə məlumat verilib. Bundan başqa binalardakı otaqların hamısının nömrəsi və laboratoriyaların adları yazılmış lövhələr var. Bunlar çox səliqəli şəkildə yazılıb. Rektor bu nömrələrin təzədən yazılması ilə bağlı göstəriş verib və bildirir ki, bunun üçün hər kafedra 250-300 manat pul verməlidir. Hələ bizə maaş verilmədiyi halda, bizdən bu qədər pul tələb edirlər. Biz bu pulu haradan alıb verməliyik? Digər tərəfdən bu lövhələr çox səliqəli və müasir şəkildə yazıldığına görə onların dəyişdiriməsinə lüzum yoxdur. Əgər dəyişdirilirsə belə bunu universitetin büdcəsindən ödəmək lazımdır. Xahiş edirik, bu özbaşınalığın qarşısını alasınız. Maaşlarımız belə verilmədiyi halda bizdən nəyə görə məcburi pul tələb edirlər?
Rektorun köməkçiləri Elsevər Nağıyev, prorektor Fəxrəddin Həsənov rektorun adından hamıya hədə-qorxu gəlib pul tələb edirlər".
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi













































.jpg)





